...

Son 2 gündə 6 qəza 2 nəfəri öldürdü, 13 nəfəri yaraladı

Cəmiyyət Materials 22 Yanvar 2018 09:12 (UTC +04:00)
Yanvarın 20-dən 22-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
Son 2 gündə 6 qəza 2 nəfəri öldürdü, 13 nəfəri yaraladı

Bakı. Samir Əli - Trend:

Yanvarın 20-dən 22-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti