...

Bakı-Şamaxı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 9 İyun 2018 10:47 (UTC +04:00)
Bakı-Şamaxı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bakı-Şamaxı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti