...

Şabranda avtomobildə yaş fıstıq cinsli meşə materialı aşkar edilib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2018 09:18 (UTC +04:00)
Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.
Şabranda avtomobildə yaş fıstıq cinsli meşə materialı aşkar edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şabran rayonunun Dənizkənarı meşəbəyliyinin 8 saylı dolayında “Zil-131” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 4,5 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti