...

Bu gün zərurət yaranacağı təqdirdə metro səhərə qədər fəaliyyət göstərə bilər - RƏSMİ (ÖZƏL)

Cəmiyyət Materials 29 May 2019 09:34 (UTC +04:00)
Bakı Metropoliteninin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.
Bu gün zərurət yaranacağı təqdirdə metro səhərə qədər fəaliyyət göstərə bilər - RƏSMİ (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"nin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

"Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək. Zərurət yaranacağı təqdirdə isə metro səhərə qədər fəaliyyət göstərəcək. Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Hələlik gecə saat 04:00-a qədər işləməyi planlaşdırırıq. Əgər həmin vaxtdan sonra sərnişin qalarsa, onların da daşınması üçün fəaliyyət göstərəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti