...

Azərbaycan hərbi həkimləri “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində

Cəmiyyət Materials 11 Avqust 2019 18:08 (UTC +04:00)
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər “Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar
Azərbaycan hərbi həkimləri “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər “Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhra şəraitində baş tutan yarışda hərbi həkimlər yaralı və xəsarət alan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi, onun şərti düşmənin atəşi altından çıxarılaraq ixtisaslı yardımın göstəriləcəyi məntəqəyə çatdırılması və digər tapşırıqları normativlərə uyğun olaraq icra ediblər.

Azərbaycan hərbi həkimlərinin də iştirak etdiyi müsabiqəyə 11 ölkənin komandası qatılıb.

Xəbər lenti

Xəbər lenti