...

İstirahət günlərində hava yağmursuz keçəcək

Cəmiyyət Materials 6 Mart 2020 16:42 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İstirahət günlərinin hava proqnozu məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitiəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında havaəsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti