...

Qala-Pirallahı avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 Mart 2020 17:20 (UTC +04:00)
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Qala-Pirallahı avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qismən məhdudlaşma mart ayının 7-i səhər saat 06:00-dan 10:00-dək tətbiq ediləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti