...

Azərbaycanda daha 396 nəfər koronavirusa yoluxdu, 558 nəfər sağaldı, 6 nəfər öldü

Cəmiyyət Materials 27 İyul 2020 16:29 (UTC +04:00)
Azərbaycanda daha 396 nəfər koronavirusa yoluxdu, 558 nəfər sağaldı, 6 nəfər öldü

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti