...

Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 Avqust 2021 16:13 (UTC +04:00)
Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olub. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb.

Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti