...

"Google" şirkəti planeti xilas etməyin yolunu tapıb

Cəmiyyət Materials 13 Noyabr 2021 03:52 (UTC +04:00)
"Google" şirkəti planeti xilas etməyin yolunu tapıb

Bakı. Trend:

"Google" şirkəti Earth Engine bulud platformasının kommersiya versiyasını açıqlayıb. Xidmət Yerin açıq mənbəli peyk şəkillərini və məlumatların təhlili proqramını təmin edib. Bu da böyük şirkətlərə təchizat zəncirinin ekoloji cəhətdən uyğunluğunu izləmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək imkanı verəcək.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Platformanın demo versiyası "Google Cloud" servisində şəxsi istifadəçilər üçün əlçatan oldu. Məlumata əsasən, o, artıq Swiss Re sığorta şirkəti və sənaye nəhəngi "Unilever" şirkəti tərəfindən istifadə olunur. "Unilever" bu yolla 17 milyon hektar təsərrüfatlara nəzarət edir ki, onun məhsulları üçün palma yağının tropik meşələrin qeyri-qanuni ağac kəsilməsi nəticəsində əldə olunmamasına əmin olsun.

Servisin kolleksiyasına hər gün 20 minə yaxın fayl daxil olur, onların arasında təkcə ərazinin peyk şəkilləri deyil, həm də torpağın tərkibi və su buxarlanmasına dair məlumatlar var. Toplanmış məlumatlar ekologiya təşkilatlarına meşələrin qırılmasını, su ehtiyatlarının vəziyyətini və nəsli kəsilməkdə olan növlərin yaşayış yerlərini demək olar ki, real vaxt rejimində izləməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti