...

Müəllimlərin işə qəbulunda vakansiya seçiminə başlanılıb

Cəmiyyət Materials 4 Avqust 2022 11:07 (UTC +04:00)
Müəllimlərin işə qəbulunda vakansiya seçiminə başlanılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti