Bakı. Trend:
Yayda ölkə ərazisində meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində turizm infrastrukturuna dəymiş ziyan araşdırılıb.
Bu barədə Dövlət Turizm Agentliyidən (DTA) Trend-in sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən qeyd edilib ki, aidiyyəti strukturlara turizm infrastrukturuna dəyən ziyanla bağlı göndərilən sorğuların cavabına əsasən, turizm infrastrukturuna heç bir ziyan dəyməyib.