...

Cəbrayılda "Dostluq meşəsi" 20 hektara yaxın ərazini əhatə edəcək - Nazir müavini

Cəmiyyət Materials 21 Oktyabr 2022 11:34 (UTC +04:00)
Cəbrayılda "Dostluq meşəsi" 20 hektara yaxın ərazini əhatə edəcək - Nazir müavini
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakə. Trend:

Cəbrayıl rayonunda təməli qoyulan Azərbaycan-Türkiyə beynəlxalq təlim-tədris mərkəzinin ərazisində "Dostluq meşəsi" yaradılacaq.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, "Dostluq meşəsi" 20 hektara yaxın ərazini əhatə edəcək.

"Mərkəzin ön hissəsində olan 40 hektar ərazidə terraslarda meşəliklər də salınacaq. Meşə ərazisində yerli ağac, kol tinglərinə üstünlük veriləcək. Lahiyə ümumilikdə 105 hektar ərazini əhatə edir. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib. Layihə 2024-cü ilin birinci yarımilində başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq", - V.Kərimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti