...

İranda azərbaycanlılar ayrıseçkiliyə məruz qalır - Təbriz əsilli hüquq müdafiəçisi

Cəmiyyət Materials 30 Noyabr 2022 12:01 (UTC +04:00)
İranda azərbaycanlılar ayrıseçkiliyə məruz qalır - Təbriz əsilli hüquq müdafiəçisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranda assimilasiya siyasəti türk millətinin getdikcə yox olmasına aparır.

Trend-in məlumatına görə, bunu Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçisi, tarixçi-tədqiqatçı Maşallah Rəzmi bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxış edərkən bildirib.

O qeyd edib ki, Urmu (Urmiya) gölünün ətrafında 16 milyon insan yaşayırdı.

“İranda azərbaycanlılar ayrıseçkiliyə məruz qalır. Onlar istəyirlər ki, azərbaycanlılar inkişaf etməsin. İranda bizim tariximizi təhrif edirlər, mədəniyyətimizi, iqtisadiyyatımızı məhv edirlər.

Təbriz yaxınlığında "Əndəryan" qızıl mədəni yerləşir. Ordan nə qədər qızıl çıxarıldığı və hara getdiyi haqda xalqa hesabat verilmir. İkinci ən böyük mis mədəni “Süngün”dən çıxarılan mis ya Kirmana aparılır, ya da Çinə ixrac edilir. Sərvətlərimiz talanır və xalqa heç bir açıqlama verilmir. ”, - deyə M.Rəzmi bildirib.

Xəbər lenti

Xəbər lenti