...

ƏƏSMN-nin e-xidmətlərinə bu ilin ilk rübündə 1,2 milyon müraciət qeydə alınıb

Cəmiyyət Materials 21 Aprel 2023 11:00 (UTC +04:00)
ƏƏSMN-nin e-xidmətlərinə bu ilin ilk rübündə 1,2 milyon müraciət qeydə alınıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə elektron xidmətlərə 2023-cü ilin birinci rübü ərzində 1,2 milyon müraciət qeydə alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir. I rübdə nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 29,7 milyon olub.

Son 3 ayda e-sosial.az portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti