...

Azad edilmiş ərazilərdə neçə baza stansiyanın qurulduğu məlum oldu

Cəmiyyət Materials 22 May 2023 12:30 (UTC +04:00)
Azad edilmiş ərazilərdə neçə baza stansiyanın qurulduğu məlum oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə mobil operatorların hazırladığı birgə plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulması işləri davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Aztelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, hazırda həmin ərazilərdə 214 baza stansiyası qurulub, mobil rabitə xidmətləri təşkil edilib və bu istiqamətdə işlər davam etdirilir.

Bütün bunlar işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsidir və regionun inkişafına mühüm töhfə verəcək

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması və xidmətlərin, o cümlədən telefon, internet və s. təşkili və göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti