...

ABŞ viza rüsumunu artırır

Cəmiyyət Materials 7 İyun 2023 15:21 (UTC +04:00)
ABŞ viza rüsumunu artırır

Bakı. Trend:

ABŞ-a səfər etmək istəyənlər üçün viza rüsumu 25 dollar artırılır.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, artım cari ilin iyunun 17-dən tətbiq olunacaq.

"ABŞ vizası üçün müraciət edənlərin nəzərinə: 17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq", - deyə səfirliyin məlumatında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti