...

Masallıda meşə massivində yanğın olub (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2023 18:33 (UTC +04:00)
Masallıda meşə massivində yanğın olub (FOTO)

Bakı. Trend:

Masallı rayonu, Yeyənkənd kəndi ərazisində meşə massivində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti