...

Qida sahəsində fəaliyyət göstərən 12 müəssisədə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 9 Avqust 2023 05:49 (UTC +04:00)
Qida sahəsində fəaliyyət göstərən 12 müəssisədə nöqsanlar aşkarlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 23 ticarət müəssisəsi və 67 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar aşkarlanıb.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında https://afsa.gov.az/ vasitəsilə məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti