...

Xızıda 2 nəfər faciəvi şəkildə öldü

Cəmiyyət Materials 14 Avqust 2023 11:46 (UTC +04:00)
Xızıda 2 nəfər faciəvi şəkildə öldü
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti