...

Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir

Cəmiyyət Materials 24 Oktyabr 2023 11:35 (UTC +04:00)
Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

- energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;

- energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;

- energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;

- bu qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;

- enerji istehlakçılarının hüquqlarının müdafiəsi;

- energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti