...

Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

Cəmiyyət Materials 18 Noyabr 2023 20:41 (UTC +04:00)
Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

Bakı. Trend:

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti