...

Mənzil bazarında alıcı qıtlığı yaranıb - SƏBƏBLƏR

Cəmiyyət Materials 28 Dekabr 2023 20:27 (UTC +04:00)
Mənzil bazarında alıcı qıtlığı yaranıb - SƏBƏBLƏR
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakıda mənzil bazarında stabillikdir, əhəmiyyətli dəyişiklik müşahidə olunmur, qiymətlər stabildir.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, bazarda alıcı qıtlığı var.

“Vəziyyət ötən ilin müvafiq dövrü ilə müqayisəolunmaz hala gəlib. Ötən il bazarda Rusiyadan, Ukraynadan çox böyük axın var idi, həm insanların axını, həm də pul axını var idi. Ona görə də ötənilki bazar tamamilə fərqli idi.

Bu il isə biz qayıtmışıq təqribən 2017-ci il səviyyəsinə. Bütün hallarda qiymətdə azalma yoxdur.

Ancaq artım da yoxdur, stabildir. Şirkətlər də müxtəlif kampaniyalar keçirir. Görürlər ki, alıcı qıtlığıdır və ona görə də kampaniyalara getməyə məcburdurlar”, - deyə R.Osmanlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti