...

Kəlbəcərdə silah-sursat tapıldı

Cəmiyyət Materials 26 Yanvar 2024 16:56 (UTC +04:00)
Kəlbəcərdə silah-sursat tapıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.

Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti