...

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 5 May 2024 17:26 (UTC +04:00)
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Sabunçu rayon prokurorluğunun məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti