...

Bakıda 28 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 5 May 2024 16:31 (UTC +04:00)
Bakıda 28 yaşlı qadın qətlə yetirilib

Bakı. Trend:

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti