Azərbaycanda bu məhsulların istehsalı VERGİDƏN AZAD EDİLİR

Cəmiyyət Materials 4 İyun 2024 17:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı vergidən azad edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək.

Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti