...

Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq - ABŞ mətbuatı

Cəmiyyət Materials 19 Mart 2025 21:00 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz ölkələri arasında regionun dünya güclərinin xarici təsirindən azad edilməsinə çağıran, güclü siyasi xəttə sadiq və vətəndaşlarının həyatını yaxşılaşdırmağa qətiyyətli ölkə kimi Azərbaycan ən aydın səsə malikdir. Belə bir halda Orta Dəhlizdən istifadə olunması artmaqda davam edərsə, Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq.

Trend Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru Mordexay KedarABŞ-nin populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan Orta Dəhlizdən bir neçə sahədə əhəmiyyətli fayda əldə etmək niyyətindədir. Onun Qafqazda və Yaxın Şərqdə mövqeyi son vaxtlar güclənməkdədir. Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşmasında vasitəçi rolunu oynayıb və ümumiyyətlə, özünü regional münaqişələrin həlli prosesində vasitəçi kimi təqdim edir. Bu mənada Orta Dəhlizdən istifadə bu ölkəni Asiya və Avropa arasında yüklərin daşınması üçün başlıca mərkəzə çevirəcək. Dəhlizdə növbəti dayanacaq olan Gürcüstana çatmaq üçün bir çox daşımalar Azərbaycanın yolları ilə reallaşacaq. Bu, müxtəlif sektorlarda, məsələn, tikinti (yolların yaxşılaşdırılması və avtobus dayanacaqlarının tikilməsi), hüquq-mühafizə orqanları (artan nəqliyyat daha çox polis əməkdaşları tələb edir) və liman işçiləri (malların axını ilə əlaqədar olaraq Bakı Limanında əlavə iş yükünün öhdəsindən gəlməli olacaqlar) kimi müxtəlif sektorlarda yeni iş imkanları yaradacaq.

Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı öz fəaliyyətini ilk növbədə neft və qaz resurslarından logistika və beynəlxalq daşımalara qədər şaxələndirdiyi üçün daha da güclənəcək. Sözügedən ölkənin Orta Dəhlizdən əldə edəcəyi ən mühüm üstünlüklərdən biri onun həm Avropa ölkələri, həm də dəhlizdə iştirak etməyən digər ölkələr ilə bağlı mövqelərinin möhkəmlənməsi olacaq. Bir sözlə, Orta Dəhlizin bütün üstünlükləri Qafqazda regional sabitliyə və onun sakinləri üçün təhlükəsizliyin artırılmasına töhfə verəcək. Bildirilib ki, malların keçidinə mane olan və ya qarşısını alan hər hansı hərbi və ya terror hərəkəti cinayətkarlara qarşı beynəlxalq ittifaqın yaranmasına gətirib çıxara bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/iran-its-adversaries-and-the-middle-corridor/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti