...

Marneulidə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 30 May 2025 15:25 (UTC +04:00)
Marneulidə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə təhsilin və inteqrasiyanın dəstəklənməsi məqsədilə növbəti addım atılıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Marneuli rayonunun Sadaxlı kəndində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb.

Açılış mərasimində ziyalılar, müəllimlər və mərkəzdə təhsil alan şagirdlər iştirak ediblər.

Çıxışçılar mərkəzin yaradılmasının həm təhsilin inkişafına, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişməsinə böyük töhfə verəcəyini deyiblər.

Mərkəzdə gürcü və Azərbaycan dili fənləri tam təmənnasız tədris olunacaq.

Məlumat üçün qeyd edək ki, bu il ərzində Arxılı, Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində də belə icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan, gürcü, ingilis dilləri və məktəbəqədər hazırlıq kursları tədris olunur.

Qeyd edək ki, hazırda komitənin dəstəyi ilə Gürcüstanda təhsil və inteqrasiya məqsədli 12 mərkəz soydaşlarımızın xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti