...

Magistraturaya sənəd qəbulu üçün son gündür

Cəmiyyət Materials 26 Yanvar 2026 09:18 (UTC +04:00)
Magistraturaya sənəd qəbulu üçün son gündür
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti