...

DÜNYA KUBOKUNUN QALİBİ ÜZRƏ KEÇİRİLƏN RƏY SORĞUSUNUN NƏTİCƏLƏRİNƏ GÖRƏ AZƏRBAYCANIN BOKS ÜZRƏ YIĞMASI 6,2% SƏS TOPLAYIB

Cəmiyyət Materials 16 İyul 2005 13:47 (UTC +04:00)

Məşhur allboxing.ru saytının Moskvada keçirilən boks üzrə dünya birinciliyində qalib komandanı müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə görə Azərbaycanın boks üzrə yığması Dünya Kuboku üzrə yarımfinalçılar arasında ən az səs toplayıb.

Trend in məlumatına görə, populyar Rusiya saytının səhifələrində Məmməd Eyvazovun yetirmələri 151 səs toplayıblar ki, bu da 6,2%-ə bərabərdir.

Üçüncü nəticəni 9,2% səslə Qazaxıstan kollektivi əldə edib.

Respondentlər arasında ikinci yeri Kuba (22,6%-lə), sorğunun qeyd-şərtsiz lideri isə respondentlərin 47,6%-nin rəğbət bəslədiyi rinq sahibləri tutub.

Maraqlıdır ki, bizim dəri əlcək ustalarımız Dünya Kubokunun finalına çıxmaq uğrunda yarışda məhz rusiyalılarla mübarizə aparacaqlar.

Bu zaman digər yarımfinal cütlüklər Qazaxıstan və Kuba idmançılarından ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti