...

AZƏRBAYCANIN OMBUDSMANI DUSTAQLARIN HÜQUQLARININ MÜDAFİƏSİNƏ DAİR TƏŞƏBBÜSLƏ ÇIXIŞ EDİB

Cəmiyyət Materials 15 Avqust 2005 13:35 (UTC +04:00)

"Dustaqların hüquqlarının müdafiəsinə nəzarət gücləndirilməli, həbsxanalarda monitorinqlər keçirilməli, işgəncələrin və insan ləyaqətini alçaldan hərəkətlərin aradan qaldırılması üzrə beynəlxalq konvensiyaya əməl olunmalıdır".

Bu sözlərlə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Dustaqların islah olunmasında və cəzaların icrasına nəzarətdə ictimaiyyətin rolu" mövzusuna dair dəyirmi masada çıxış edib. Bu barədə " Trend ə ombudsman aparatında məlumat verilib.

Müvafiq dövlət strukturları və hüquq müdafiə təşkilatları nümayəndələrinin iştirak etdiyi dəyirmi masada dustaqların islah olunmalarında, onların hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsində ictimaiyyətin rolunun təmin olunması məsələləri müzakirə edilib.

Ombudsman Himayəçilik şurasının fəaliyyətininin təkmilləşdirilməsinin, ruhi xəstə olan dustaqların problemlərinin həllinin zəruriliyini vurğulayıb.

Dəyirmi masa iştirakçıları həbsxanalarda monitorinqlərin keçirilmə mexanizmlərini, dustaqların reabilitasiyası, dövlət strukturlarının ictimai təşkilatlarla əməkdaşlıq məsələlərini müzkirə ediblər.

Xəbər lenti

Xəbər lenti