...

SENTYABRIN 1-DƏN SANİTAR TƏMİZLƏMƏ VƏ ABADLAŞDIRMA AYLIĞI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 31 Avqust 2005 15:14 (UTC +04:00)

Sentyabrın 1-dən 30-dək Azərbaycanda sanitar təmizləmə və abadlaşdırma aylığı keçiriləcək.

Səhiyyə nazirliyində Trend agentliyinə bildirilib ki, aylıq ərzində tibbi təşkilatların və müəssisələrin abadlaşdırılması, buraya məxsus olan ərazilərin yaşıllaşdırılması, yaşayış məntəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin kütləvi yerləşdiyi ərazilərin su təchizatı və kanalizasiya sistemi, yaşayış məntəqələrinin təmizlənməsi, istehsal və qida məhsullarının gerçəkləşdirildiyi sahələrdə çatışmamazlıqların aradan qaldırılması diqqət mərkəzində olacaq.

Artıq səhiyyə nazirliyində aylıq dövründə adıçəkilən tədbirlərin yüksək səviyyədə keçirilməsi məqsədilə yaradılmış xüsusi qərargah fəaliyyətə başlayıb.

Səhiyyə nazirliyi tabelilik və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrə, təşkilatlara, ictimai birliklərə və cəmiyyətin bütün təbəqələrinə qarşıdakı geniş miqyaslı sağlamlaşdırma aksiyasına qoşulmaq və burada fəal iştirak etmək üçün xahişlə müraciət edib.

Xəbər lenti

Xəbər lenti