...

FİDE üzrə dünya çempionu Rüstəm Qasımcanov noyabrın 3-də, axşam Bakıya gələcək

Cəmiyyət Materials 3 Noyabr 2005 16:29 (UTC +04:00)

FİDE üzrə dünya çempionu Rüstəm Qasımcanov noyabrın 3-də, axşam Bakıya gələcək və bir gün sonra burada Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yoldaşlıq görüşü keçirəcək.

Respublika şahmat mərkəzində (RŞM) Trend ə bildirilib ki, açıq yarış "Lider" teleşirkətinin studiyasında keçirilməlidir və buradan da oyun birbaşa yayımla göstəriləcək. Amma burada qonaqlar da qəbul ediləcək, belə ki, binanın mərkəzində böyük ekran quraşdırılacaq və idman həvəskarları onların mübarizəsini izləyə biləcək. Şahmat klubunun çoxlu azarkeş və mütəxəssis qarşılayacağı gözlənilir. Onlar görüşdən alacağı təəssürat bölüşmək imkanı qazanacaq.

Xatırladırıq ki, yarış hər biri on dəqiqədən az olmayaraq davam edən on partiyadan ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti