...

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi Milli Məclisə təkliflər paketi ünvanlayıb

Cəmiyyət Materials 3 Fevral 2006 13:46 (UTC +04:00)

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) neft şirkətlərində yaradılan həmkarlar təşkilatlarına ləvə səlahiyyətlərin verilməsi ilə bağlı Milli Məclisə təkliflər paketi hazırlayıb. Bu barədə Trend ə adıçəkilən komitənin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

M.Qəhrəmanlı bildirib ki, şirkət rəhbərləri əməkdaşlarını işdən çıxararkən mütləq həmkarlar təşkilatının razılığını almalıdır: "Əmək müqaviləsi bağlanarkən mütləq Əmək Məcəlləsinin tələblərinə riayət olunmalıdır. Parlamentə etdiyimiz təkliflər paketində işçi ilə işə götürən arasında bağlanan müqavilənin şərtlərinin dəyişdirilməsi də göstərilib".

NHMK sədri onu da vurğulayıb ki, təkliflər paketi parlamentin iqtisadi-siyasət daimi komissiyasının üzvü, iqtisadçı-alim Əli Məsimova verilib ki, sənədlə həmkarlarını tanış etsin və növbəti iclaslarda bu məsələni müzakirəyə çıxarsınlar: "Təkliflərimiz eyni zamanda Həmkarlar İttfaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyeva da ünvanlanıb".

Xəbər lenti

Xəbər lenti