...

Azərbaycanın ekologiya Nazirliyi köçəri quşların miqrasiya xəritəsini hazırlayıb

Cəmiyyət Materials 1 Mart 2006 18:54 (UTC +04:00)

Azərbaycanın ekologiya və təbii sərvətlər Nazirliyi köçəri quşların miqrasiya xəritəsini hazırlayıb və bu xəritədə quşların Azərbaycan ərazisindən keçmə istiqamətləri müəyyən edilib. Bu barədə Trend ə biomüxtəlifliyin qorunması və xüsusi qorunan təbiət ərazilərinin inkişafı departamentinin rəhbəri Sədaqət Məmmədova bildirib.

Dövlət strukturu hər gün "quş qripi"nin aşkar edilməsi ilə bağlı monitorinqlər keçirir və yekunlar ekologiya Nazirliyinin dövlət strukturları və yeni yaradılmış komissiyalar arasında yayılan gündəlik bülletenində qeyd olunur.

"Əhali arasında maarifləndirmə işlərinin aparılması üçün nazirlikdə regionlardakı qurumlara göndərilən qaydalar hazırlanır, qaynar xətt fəaliyyət göstərir" -deyə departamentin rəhbəri bildirib.

Nazirlik Azərbaycanda "quş qripi"nin yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində görülən işlərdə gücləndirilmiş rejimə keçib.

Xəbər lenti

Xəbər lenti