...

Məhbuslar üzrə İşçi Qrupunun üzvləri Qrupun fəaliyyətsizliyi ilə əlaqədar Milli Məclisə müraciət edəcək

Cəmiyyət Materials 3 Mart 2006 17:36 (UTC +04:00)

Martın 6-da Məhbuslar üzrə İşçi Qrupunun üzvləri Azərbaycan Respublikası Prezident Aparatının Hüquq Mühafizə Oqanları ilə İş üzrə Şöbəsinin rəisi Fuad Ələsgərova və millət vəkili Səməd Seyidova müraciət edəcək. Bu barədə Trend ə İşçi Qrupunun üzvü hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Ç.Qəniyevin sözlərinə görə, tərkibi Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvlərindən ibarət olan Məhbuslar üzrə İşçi Qrupunun son 8 ay ərzindəki fəaliyyəti sıfıra bərabərdir. Bu da Qrupun tərkibindəki 10 nəfərdən ibarət müstəqil hüquq müdafiəçisini narahat edir.

"Məlumatlar var ki, Novruz bayramı ərəfəsində dövlət başçısı tərəfindən növbəti əfv fərmanı imzalanacaq. Hakimiyyətlə qeyri-hökumət təşkilatları arasında imzalanmış memoranduma əsasən, yaxın günlərdə işçi qrupunun toplantısı keçirilməli və hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı təqdim etdikləri siyahılar ətrafında müzakirələr aparılmalıdır", - deyə Ç.Qənizadə söyləyib.

Onun sözlərinə görə, hüquq müdafiəçilərinin atacağı sonrakı addım həmin müraciətə rəsmilərin verəcəyi cavabdan asılı olacaq.

Xəbər lenti

Xəbər lenti