...

Yalnız birinci instansiya məhkmələrində çalışan hakimlərin fəaliyyəti qiymətləndiriləcək

Cəmiyyət Materials 8 May 2006 13:28 (UTC +04:00)

Yaxın vaxtlarda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesinə başlanılacaq. Bu barədə Trend ə məlumat verən Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, fəaliyyətləri qiymətləndirilənlər yalnız birinci instansiya məhkəməsinin hakimləri olacaq.

Bu prosesə yaxın vaxtlarda başlanılacaq və təqribən 1 ay ərzində başa çatdırılacaq. Hələlik isə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə məşğul olacaq komissiyanın tərkibi müəyyənləşir. Məhkəmə-Hüquq Şurasının növbəti toplantısında komissiyanın tərkibi müəyyənləşdirilərək elan ediləcək.

Məhkəmə Hüquq Şurası həmçinin regionlarda yaradılan apellyasiya məhkəmələrinin inzibati bina ilə təmin olunması məsələsini də müzakirəyə çıxaracaq. Çünki regionlarda apellyasiya məhkəmələrinin inzibati bina problemi hələ də qalmaqdadır.

C.Hüseynov onu da bildirib ki, vakant hakim vəzifələrinə seçilməklə bağlı əlavə sənəd qəbulunun elanından sonra artıq 100-ə yaxın hüquqşünas Hakimlərin Seçki Komitəsinə sənəd təqdim edib.

Xəbər lenti

Xəbər lenti