...

Avstriya yığmasının voleybolçuları Bakıya gəlir

Cəmiyyət Materials 12 May 2006 13:28 (UTC +04:00)

Mayın 12-də Avstriyanın voleybol üzrə kişilərdən ibarət yığması iki gündən sonraAvropa çempionatının seçmə turnirinin birinci təsnifat oyununu keçirmək üçün Bakıya gəlir.

Milli Federasiyadan verilən məlumata görə, praktiki olaraq böyük oyun təcrübəsinə malik olmayan ev sahibləri məsuliyyətli yarışa hazırlaşır. Hələ ötən həftə komanda Bakıda Nigeriya yığmasına qarşı yoldaşlıq görüşü keçirməyi planlaşdırırdı, ancaq qeyri-müəyyən səbəblər üzündən afrikalılar paytaxta gəlmədi. Bununla əlaqədar kollektiv hazırlaşmadan avstriyalılarla oyun keçirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, iki raundlu görüşün cədvəli rəqibin xeyrinə olub. Belə ki, qalibin müəyyən ediləcəyi həlledici oyun Vyanada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti