...

Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Bakı Slavyan Universitetində olub

Cəmiyyət Materials 24 May 2006 19:04 (UTC +04:00)

Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans iştirakçıları mayın 24-də Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Trend xəbər verir ki, BSU-nun rektoru, professor Kamal Abdullayev rəhbərlik etdiyi universitetin Türkiyə universitetləri ilə olan əlaqələrin genişləndiyini qeyd edib.

Tədbir dəyirmi masa ətrafında davam etdirilib. Türkiyənin tanınmış türkoloq alimi, Türk Dil Qrumunun başqanı, professor Haluk Şükrü Akalun çıxışında iki il öncə BSU-da yaradılan Türkiyə Araşdırmalar Mərkəzinin getdikcə daha da inkişaf etdiyini bildirib. Professor Osman Fikri Sərtqaya 1926-ci ildə I Türkoloji Qurultayın keçirilmə səbəblərindən, doğurduğu nəticədən söhbət açıb. Yazıçı Anarın "Türk dünyasında sərhədləri siyasətçilər qurur, yazıçılar isə aradan götürür" fikri ilə tam razılaşan Osman bəy millətlərimiz ayrı olsa da vahid dilə və mədəniyyətə malik olduğumuzu xüsusi vurğulayıb.

Türkiyəli və türkiyəşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qonaqlarla problemlərini bölüşdülər.

Xəbər lenti

Xəbər lenti