...

Avqustun 3-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 31 İyul 2006 17:31 (UTC +04:00)

Avqustun 3-də Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Trend ə verilən məlumata əsasən, III ixtisas qrupu üzrə 31 067 abiturient imtahan verəcək.

Onların 28 018-i Azərbaycan, 3049-u isə rus bölməsinə ərizə verib. Dövlət Komissiyasından bildiriblər ki, 2006-2007-cı tədris ili üçün Azərbaycan bölməsi 4 582, rus bölməsi - 946, birgə müsabiqə üzrə -1401 yer ayrılıb.

İmtahanlar Bakı və Naxçıvanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti