...

Hacı Məmmədovun məhkəməsində Fərhad Məmmədbəyovun dindirilməsi başa çatıb

Cəmiyyət Materials 25 Sentyabr 2006 19:02 (UTC +04:00)

Sentyabrın 25-də Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə iclası fasilədən sonra təqsirləndirilən şəxs Fərhad Məmmədbəyovun ifadələrindəki ziddiyyətlərin araşdırılması ilə davam edib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun 25 nəfərlik bandasının cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılır.

Məhkəmədə bəzi epizodlarda F.Məmmədbəyovun ibtidai istintaqa verdiyi və məhkəmə ifadələri arasında ziddiyyətlər ortalığa çıxıb. Təqsirləndirilən şəxs Hacı Məmmədovun daxili işlər nazirinin müavinləri Zakir Nəsirov və Zahid Dünyamalıyev üçün Qarabulaqda villalar tikdirdiyini bildirib. "Ancaq Zahid Dünyamalıyev Hacının bağışladığı villanı qəbul etmədi. Səbəbini bilmirəm" deyə təqsirləndirilən şəxs vurğulayıb.

Fərhad Məmmədbəyovun məhkəmə dindirməsi başa çatıb. Sentyabrın 26-da məhkəmə iclası digər təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti