"Xəzər" futbol klubu yaxınlaşan qış transferi dövründə heyətini möhkəmləndirmək niyyətindədir.
Komandanın baş məşqçisi Ağasəlim Mircavadov Trend ə bildirib ki, o, ölkə çempionatının turnir cədvəlində 1-ci yerdə gedən komandanın oyununu daha da yaxşılaşdırmaq üçün bir neçə mövqeni mökəmləndirmək istəyir. "Yayda bütün futbolçuları gözdən keçirmək üçün kifayət qədər vaxt olmayıb. Bundan başqa, birincilikdə iştirakla bağlı ərizələrin verilmə müddətinin başa çatmasına da az qalmışdı. Buna görə də birinci dövrədən sonra artıq başlanmış işi başa çatdırmaq, heyəti müəyyən etmək və ola bilsin ki, yeni futbolçular cəlb etmək pis olmazdı", - deyə A.Mircavadov nəzərə çatdırıb.
Xatırladaq ki, mövsümarası dövrdə "Xəzər" klubunun skautları Braziliyada olub və oradan bir neçə hücumçu gətirib.