...

Nazir: "Azərbaycan Səhiyyə Nazirliyi diqqətini keyfiyyətsiz dərman preparatlarının bazardan sıxışdırılıb çıxarılmasına yönəldib"

Cəmiyyət Materials 26 Dekabr 2006 16:28 (UTC +04:00)

Keyfiyyətsiz dərman preparatlarının yerli bazara çıxmasının qarşısını almaq məsələsi Azərbaycan səhiyyə nazirliyinin daimi diqqətindədir. Trend in verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

"Bu, çox böyük prolblemdir və biz keyfiyyətsiz dərman preparatlarını bazardan sıxışdırıb çıxarmağa çalışırıq"-deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu preparatların KİV-də reklamı AR-nın "Əczaçılıq fəaliyyəti barədə"qanununun bəndlərindən birinə görə qadağandır.

"Əks halda bu kədərli nəticələrə gətirib çıxara bilər"- deyə nazir bəyan edib. Dərman preparatlarının satışının və aptek fəaliyyətinin tələblərə uyğun olmaması məsələsinə toxunaraq, O. Şirəliyev məlumat verib ki, Azərbaycanda aptek müəssisələrinin fəaliyyəti barədə səhiyyə nazirliyi tərəfindən təsdiqlənmiş prinsip və qaydalar var ki, bu müəssisələr bu qaydalara riayət etməlidir.

"Biz soyuducu kameraların, işçilər üçün xüsusi geyimlərin paylanması, loqoların dəyişdirlməsi prosesinə başlamışıq ki, alıcı bilsin ki, o aptekdədir. Ümumilikdə, bu çox çətin məsələdir və onun həlli üçün geniş tədbirlər keçirilməlidir. Amma, mənim fikrimcə, ilin sonunda bu sahədə dəyişikliklər hiss olunacaq"-deyə O. Şirəliyev sözlərini bitirib.

Xəbər lenti

Xəbər lenti