...

U-19 Krımskda yoxlama yarışları keçirir

Cəmiyyət Materials 7 Fevral 2007 17:00 (UTC +04:00)

Gənclər arasında futbol üzrə Azərbaycan yığması (U-19) Avropa birinciliyi seçmə turnirinin ikinci raunduna hazırlıq çərçivəsində Krımskda yoxlama görüşlər keçirir.

AFFA-dan Trend ə bildiriblər ki, komanda artıq "Volqar-Qazprom"la görüş keçirib, oyun heç-heçə qurtarıb. Bundan öncə komanda "Spartak" Moskva ilə görüşüb, oyun 1:0 hesabı ilə başa çatıb. Komandanın trenir qərargahı bu yoxlama görüşlərdə əsas heyətə daxil olacaq namizədlərin potensialını işdə yoxlayacaq, eləcə də U-19 tərkibini gücləndirə biləcək bəzi oyunçuları nəzərdən keçirəcək.

Xatırladaq ki, Kiprdə keçirilən ilk kvalifikasiya raundunda yığma Ermənistana 2:1 hesabı ilə qalib gələrək onları yarışdan çıxarmışdı.

Xəbər lenti

Xəbər lenti