...

Azərbaycanın səhiyyə naziri işində ciddi nöqsanlar olan tibb müəssisələrinin fəaliyyətinin dayandırılması barədə bildirib

Cəmiyyət Materials 8 Fevral 2007 15:20 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, işində ciddi qüsurlar olan müəssisələri Diamed özəl klinikasının aqibəti gözləyir.

Qeyd edək ki, bu həftə Səhiyyə Nazirliyinin qərarı ilə Diamed klinikasının fəaliyyəti dayandırılıb.

Onun sözlərinə görə, klinikanın fəaliyyətinin dayandırılmasına səbəb işində ciddi çatışmazlıqlar aşkar edilməsi ilə bağlı olub.

Nazir bildirib: "Əhaliyə keyfiyyətsiz xidəmt göstərən tibbi müəssisənin fəaliyyətinə biz icazə verə bilmərik"

Xatırladaq ki, keçən ilin yayında nazirlik Diamed klinikasının işində qüsurlar aşkar edib.

Xəbər lenti

Xəbər lenti