...

Nazir: Azərbaycan Gürcüstana ceyranların sayını bərpa etməkdə kömək edəcək

Cəmiyyət Materials 14 Fevral 2007 16:27 (UTC +04:00)

Gürcüstan Azərbaycanın köməkliyi ilə Gürcüstanda ceyranların sayını bərpa edəcək. Ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Davit Tkeşelaşvili Trend in xüsusi müxbirinə bildirib ki, bu onun Bakı səfərinin məqsədlərindən biridir.

Nazir Bakıya iki günlük səfərinin onun azərbaycanlı həmkarının dəvətinə əsasən fevralın 20-nə müəyyən olunduğunu təsdiq edib. "Bu gün Gürcüstanda ceyran ümumiyətlə yoxdur. Çox illər bundan əvvəl onları brakonyerlər məhv edib və bizə müəyyən sayda ceyran bağışlayacaq azərbaycanlı həmkaralırımzla ilkin razılığımız var. Həmin ceyranlar Gürcüstanda qoruqlarda, həmçinin Laqodexidə yerləşdiriləcək. Ceyranların sayı barədə Bakıda danışacağıq", deyə, nazir Davit Tkeşelaşvili bildirib.

O, qeyd edib ki, göndərilmə artıq həll olunub, belə ki, Dünya Bankı vəsait ayıracaq.

Nazir həmçinin qeyd edib ki, Bakıda danışıqlar zamanı qoruqların olduğu sərhəd rayonlarda birgə fəaliyyət məsələsi müzakirə olunacaq. "Biz həmçinin Gürcüstan və Azərbaycan ərazilərindən keçən Alazan çayının menecmentliyini aparmaq niyyətindəyik", deyə, nazir bildirib.

Xəbər lenti

Xəbər lenti