...

Qobustan həbsxanasındakı bir qrup məhkumun əfvi üçün prezidentə müraciət olunub

Cəmiyyət Materials 15 Mart 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən bir qrup ömürlük azadlıqdan məhrum edilmiş məhkumun əfv olunması üçün ölkə prezidentinə müraciət olunub.

Vəkil Elman Osmanov bildirib ki, qəsdən adam öldürməkdə ittiham olunan Rahib Məsimov, Nadir Məhərrəmov, Əli Quliyev və Dəyanət Kərimovun cəzalarının 15-20 ilə endirilməsi ölkə başçısından xahiş olunub. Quliyev 17, Məsimov və Kərimov 13, Məhərrəmov isə 4 ildir həbsdədir. Məhərrəmovdan başqa digər 3 nəfər məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunsa da, 1998-ci ildə ölüm cəzasının ləğvindən sonra onaların cəzaları ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənib.

Xəbər lenti

Xəbər lenti