...

Ali Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb

Cəmiyyət Materials 15 Mart 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ali Məhkəmə məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 62-ci ( cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb. Ümumiləşdirmənin nəticələri martın sonuncu ongünlüyündə keçiriləcək Ali Məhkəmənin Plenumunun növbəti iclasında müzakirə olunacaq və müvafiq qərar qəbul olunacaq. İclasda həmçinin cinayət və mülki işlər üzrə konkret işlərə baxılacaq.

Ali Məhkəmədən bildirilib ki, Plenumun növbəti iclasında vergi ödəmədən yayınma cinayətləri ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq

Xəbər lenti

Xəbər lenti