...

"Bakı" futbol klubu "Xəzər"lə oyunqabağı öz hücumçusundan məhrum olub

Cəmiyyət Materials 16 Mart 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ "Bakı" futbol klubu martın 17-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək "Xəzər"ə qarşı ölkə çempionatında yarış ərəfəsində itki yaşayıb.

Trend in məlumatına görə, komandanın baş məşqçisi Böyükağa Hacıyev bu yaxınlarda "Simurq"a qarşı yoxlama oyunlarında burundan zədələnən hücumçu Samir Musayevin xidmətlərinə müraciət edə bilməyəcək. Hücumçu yaxın 3 həftə müddətində yoldaşlarına kömək edə bilməyəcək, buna görə də məşqçi, çox guman ki, hücumda Cənubi amerikalı Leandro Qomeş - Fernando Peresə yer verəcək. Hacıyevin göstərişinə həmçinin, gürcü Qeorqi Meqreladze də daxildir, o isə bu yaxınlarda aldığı zədədən müalicə olunub.

Xəbər lenti

Xəbər lenti